Şabranda "KamAz"la avtobus toqquşub, <font color=red><b>5 nəfər xəsarət alıb</b></font>
18:48 - 25 İyul 2021 tarixində dərc olunub.
Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
"KamAz" markalı yük avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.
Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.