Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - Foto

19:47 - 21 İyul 2021 - HADİSƏ

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti