Ucnoqta.az
www.ucnoqta.az

Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - <font color=red><b>Foto</b></font>

19:47 - 21 İyul 2021 tarixində dərc olunub.

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: