Hacıqabulda 49 yaşlı qadın intihar edib

12:49 - 17 İyul 2021 - HADİSƏ

Hacıqabul rayonunda qadın özünü asaraq intihar edib. “Report” xəbər verir ki, hadisə rayonun Ələtli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Abbasova Şölə Abbas qızı həyətdəki yarımtikilidə özünü asaraq canına qəsd edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti