Hacıqabul rayonunda qadın özünü asaraq intihar edib.
“Report” xəbər verir ki, hadisə rayonun Ələtli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Abbasova Şölə Abbas qızı həyətdəki yarımtikilidə özünü asaraq canına qəsd edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///report