Ucarda yeni doğulmuş uşaq tapılıb.
APA-nın xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.