Ucnoqta.az
www.ucnoqta.az

Ucarda idarə həyətində yeni doğulmuş uşaq tapılıb

10:03 - 12 İyul 2021 tarixində dərc olunub.

Ucarda yeni doğulmuş uşaq tapılıb.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.

Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

 

Müəllif: