Gədəbəydə sel çobanı apardı

23:30 - 7 İyul 2021 - HADİSƏ

Gədəbəy rayonunda bir nəfər seldə boğulub.

Hadisə rayonun Moruqlu kəndində baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşdirilən kənd sakininin seldə boğularaq öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Gədəbəydə sel sularında boğulan şəxsin kimliyi məlum olub

Sel sularına düşərək boğulan, 1958-ci il təvəllüdlü Sahib Sadıqovdur. Çobanlıqla məşğul olan Sahib Sadıqovun artıq meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.///axar.az

Xəbər xətti