Gədəbəy rayonunda bir nəfər seldə boğulub.
Hadisə rayonun Moruqlu kəndində baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşdirilən kənd sakininin seldə boğularaq öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Gədəbəydə sel sularında boğulan şəxsin kimliyi məlum olub
Sel sularına düşərək boğulan, 1958-ci il təvəllüdlü Sahib Sadıqovdur. Çobanlıqla məşğul olan Sahib Sadıqovun artıq meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.///axar.az