Şəkidə mal tövləsi içərisindəki heyvanlarla birlikdə yanıb.
"Qafqazinfo"nun məlumatına görə, yanğın rayonun Böyük Dəhnə kənd sakini, 2001-ci il təvəllüdlü Kərimova Əfsanə Habil qızına məxsus ümumi sahəsi 48kv.m olan mal tövləsində baş verib.
Yanğın zamanı tövlənin içərisində olan 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Eyni zamanda dama yığılmış 1,5 ton ot bağlamasının 500 kq-mı yanıb.
Faktla bağlı araşdırma aparılır.