Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə tövlə içərisindəki heyvanlarla birlikdə yandı -<font color=red><b> Foto</b></font>

14:53 - 4 İyul 2021 tarixində dərc olunub.

Şəkidə mal tövləsi içərisindəki heyvanlarla birlikdə yanıb.

"Qafqazinfo"nun məlumatına görə, yanğın rayonun Böyük Dəhnə kənd sakini, 2001-ci il təvəllüdlü Kərimova Əfsanə Habil qızına məxsus ümumi sahəsi 48kv.m olan mal tövləsində baş verib.

Yanğın zamanı tövlənin içərisində olan 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Eyni zamanda dama yığılmış 1,5 ton ot bağlamasının 500 kq-mı yanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: