Bakıda uşağı elektrik cərəyanı vurub

00:35 - 19 İyun 2021 - HADİSƏ

Bakının Binəqədi rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Səlimov Sabir Kamil oğlu evlərinin yanında elektrik qurğusuna toxunub. Nəticədə onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəbər xətti