Bakıda “Mercedes” beton dirəyə çırpılıb, xəsarət alan var - Foto

21:09 - 15 İyun 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.


Xəbər xətti