Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Mercedes” beton dirəyə çırpılıb, <font color=red><b>xəsarət alan var - Foto</b></font>

21:09 - 15 İyun 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Müəllif: