Rusiya hərbçisi partlayış zamanı həlak oldu

23:18 - 9 İyun 2021 - HADİSƏ

Suriyanın Haseke əyalətində Rusiya hərbçisi zirehli avtomobilin partladılması nəticəsində həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib, tibbi yardım göstərilib.

Müdafiə Nazirliyi həlak olan hərbçinin ailəsinə başsağlığı verib.

Xəbər xətti