Suriyanın Haseke əyalətində Rusiya hərbçisi zirehli avtomobilin partladılması nəticəsində həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib, tibbi yardım göstərilib.
Müdafiə Nazirliyi həlak olan hərbçinin ailəsinə başsağlığı verib.