Aparıcıya Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib

15:26 - 6 May 2021 - Xəbər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə "ASAN Radio"da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynallıya həvalə edilib.

Xatırladaq ki, o, uzun illər "ASAN Radio"da və bir sıra televizya kanallarında çalışıb.

Xəbər xətti