İranda pilotsuz təyyarə qəzaya uğrayıb

17:57 - 9 Fevral 2021 - DÜNYA

İranın Kaşan şəhəri yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb. 

APA-nın Tehran bürosunun xəbərinə görə, pilotsuz təyyarə Qum əyalətinin Müdafiə Sənayesi Təşkilatına məxsus olub.

Pilotsuz təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb olub. Təyyarə Kaşan şəhəri yaxınlığında əkin sahəsinə düşüb.

Xəbər xətti