Ucnoqta.az
www.ucnoqta.az

İranda pilotsuz təyyarə qəzaya uğrayıb

17:57 - 9 Fevral 2021 tarixində dərc olunub.

İranın Kaşan şəhəri yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb. 

APA-nın Tehran bürosunun xəbərinə görə, pilotsuz təyyarə Qum əyalətinin Müdafiə Sənayesi Təşkilatına məxsus olub.

Pilotsuz təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb olub. Təyyarə Kaşan şəhəri yaxınlığında əkin sahəsinə düşüb.

Müəllif: