Yeni nazir işə atla gəldi – FOTO

12:17 - 3 Mart 2017 - MARAQLI

ABŞ-ın yeni DİN rəhbəri Rayan Zinke ilk iş günü öz həmkarlarını heyrətləndirib. Ucnoqta.az azvision.az-a istinadla xəbər verir ki, o, işə atda və kovboy papağı ilə gəlib. Zinke öz fotosunu “Twitter” səhifəsində paylaşıb. “Mənim üçün ABŞ Milli Parklar Xidmətinin bu cəsur zabitləri ilə birgə dayanmaq şərəfdir. Bu professionallar bizə görə öz canlarından keçməyə hazırdırlar”, - deyə Zinke yazıb.

Xəbər xətti