Qəbələdə Antikorrupsiya Qış Məktəbi keçirilir

00:02 - 8 Fevral 2017 - Cəmiyyət

Qəbələ şəhərində Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) ictimai təşəbbüsü və Avropa Hüquq Tələbələri Assosasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Antikorrupsiya Qış Məktəbinin açılışı olub. Fevralın 8-dək davam edəcək Qış Məktəbi zamanı iştirakçılara korrupsiya nədir, onun növləri, səbəbləri, cəmiyyət üçün fəsadları, korrupsiyanın qarşısının alınmasında hüquqi vasitələr, bu sahədə ixtisaslaşmış orqanların fəaliyyəti, preventiv tədbirlər, “Asan-Xidmət” modeli, özəl sektorda korrupsiya və korrupsiyaya qarşı mübarizənin kriminoloji aspektləri barədə məlumat veriləcək, praktiki məşəğələlər həyata keçiriləcək.  Tədbirdə iştirak üçün 500-dən artıq şəxs müraciət etmiş 30 nəfər iştirakçı seçilib.  

 

 
 
Qış məktəbində təlimçi qismində tədbirin təşkilinə dəstək göstərən bu sahədə ixtisaslaşmış orqanların və vətəndaş cəmiyyəti təşkilatının peşəkar  nümayəndələri, beynəlxalq antikorrupsiya akademiyasının məzunlarıdır.  Açılış mərasimi Qəbələ “Asan-Xidmət” mərkəzində keçirilib.
 
Qeyd edək ki, AZAKA-nın təşkilatçılığı ilə 2016-cı ilin avqust ayında Bakıda Antikorrupsiya Yay Məktəbi keçirilmişdi. May ayından fəaliyyət göstərən Azərbaycan Antikorrupsiya Akademiyası antikorrupsiya mövzusunda mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir.
 




Xəbər xətti