İllik maliyyə hesabatını ağ kağız kimi təqdim edən partiyaların məsələsi Milli Məclisdə qaldırılıb
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən, o cümlədən hesabatları yalnız ağ kağız olan partiyaların məsələsini parlamentdə qaldırıb. “Report”un xəbərinə görə, S.Novruzov deyib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər: “Hansı ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər. Bəs, o cangüdənlər hansı pulla maliyyələşdirilir? Onlar hava ilə dolanmır ki? Bununla bağlı Milli Məclis tədbir görməlidir, qərar qəbul etməlidir”.