“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikallığa və ekstremizmə yox deyirik!" layihəsi çərcivəsində bir sıra tədbirlər həyata keçirib. Layihənin məqsədi ictimai həyatın müxtəlif sahələrində, o cümlədən dini zəmində baş verən problemlərin və qarşıdurmaların yaranma səbəblərini təhlil etmək, buna zəmin ola bilən zərərli informasiya təbliğatının qarşısının alınmasında dini təhsilin və maarifçiliyin xüsusi əhəmiyyət kəsb etdiyini, elm və din xadimlərinin bu sahədə əməkdaşlığının, qarşılıqlı fikir və təcrübə mübadiləsinin gücləndirilməsindən ibarət olub. Tədbirlərdə ölkə KİV-ni irqi və dini ayrı-seçkiliyə səbəb ola bilən hər hansı təhrik və təxribatlara yol verməməyə təşviq etməkdən, din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, dini və irqi dözümsüzlük faktlarının qarşısının alınmasından, bəzi dairələr tərəfindən qızışdırılan islamofobiya və müsəlmanlara qarşı təbliğat kampaniyaları, habelə, özünü islamçı adlandıran, əslində isə həqiqi mənsubiyyəti bilinməyənləri ifşa etməkdən,ölkəmizdə dini konfessiyalar və mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarını təbliğ etmək və s. barədə müzakirələr aparılmışdır.