Qazaxıstan Aktobe vilayətinin inzibati mərkəzi olan Aktobe şəhərindəki terror hücumunda iştirakda ittiham edilən 7 nəfər ömürlük həbs cəzasına məhkum edilib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, terror aktının iştirakçılarından digərləri müvafiq olaraq 22 və 25 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, 2016-cı ilin iyun ayında bir qrup şəxs iki silah mağazasına və Aktobeki hərbi hissəyə silahlı hücum edib. Şəhərdə antiterror əməliyyatı rejimi elan olunub. Terrorçuların hücumları nəticəsində 8 nəfər öldürülüb, onlardan 3-ü hərbçi olub. Təhlükəsizlik qüvvələri 18 cinayətkarı öldürüb, 9 nəfəri saxlayıb.