Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin Aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.