Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidməti bu gün Saxalin vilayətində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdaqlıqla çıxış edib. "Report" "xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb. Məlumatda bildirilir ki, bazar ertəsi Şimali Kurilin ərazisində saniyədə 33-38 metr güclü külək əsəcək. Qasırğa olacaq. Qeyd edilir ki, nəzərdə tutulmuş qüvvələr və vasitələr təhlükəli təbii hadisələrin nəticələrinin aradan qaldırılması üçün hazır vəziyyətdədir. Vəziyyət Rusiya FHN-in Saxalin ərazisi üzrə regional idarəsinin nəzarətindədir. Sakinlərə ehtiyac olmadıqda məskunlaşdıqları yaşayış məntəqələrinin hüdudlarını tərk etməmək tövsiyə olunur.