“Moskovskiy Komsomolskiy” qəzetinin yazdığına görə Moskvada öldürülənlər Azərbaycan vətəndaşı deyil.Lent.az-ın mk.ru-ya istinadən məlumatına görə, öldürülənlər 69 yaşlı erməni Lev Kamalyan və 39 yaşlı qırğız Nurik Mumduzovdur. Onlar “Ryanzanaskiy prospekt” metrosunun yaxınlığında slavyan görkəmli şəxslər tərəfindən bıçaqlanıblar.Bu vaxt onlara köməyə gələn 29 yaşlı Aleksandr cinayəti törədən şəxsləri qovalamağa başlayıb. Onlara çatan Aleksandr da çiynindən yaralanıb.