Ordubad rayonun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatıb.
Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Dekabrın 10-u və 11-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 5, Küküdə (Şahbuz) 6, Biçənəkdə (Şahbuz) 9, Şərurda 5, Axurada (Şərur) 5, Ordubadda 8, Parağaçayda (Ordubad) 16, Culfada 6, Göydərədə (Culfa) 7, Kəngərlidə 9, Sədərəkdə isə 6 mm olub.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) 20, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Batabat ərazisində isə 2 sm qeydə alınıb.