UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayaks"la qarşılaşıb. Ağdam təmsilçisi Niderland klubu "Ayaks"a 2:4 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi turnirdə 7 xalla 22-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son iki görüşündə əvvəlcə "Ayntraxt" (Almaniya), sonra isə "Liverpul"la (İngiltərə) qarşılaşacaq.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.