Vaşinqton və Tokio iki Amerika B-52 bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlimlər keçiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin Birgə Qərargah Rəislərinin bəyanatında bildirilib.
Manevrlər Yapon dənizi üzərində keçirilib. Yaponiya üç F-35 və üç F-15 qırıcı təyyarəsi yerləşdirib.
Təlimlərin məqsədi status-kvonu güc yolu ilə dəyişdirməmək üçün qəti öhdəlik və Yaponiya-ABŞ ittifaqının çəkindirmə və cavab vermə qabiliyyətlərini daha da gücləndirməyə hazırlıq nümayiş etdirmək olub.