Ukraynanın PURL proqramı çərçivəsində silah almaq üçün 15 milyard dollara ehtiyacı var
Ucnoqta.az xəbər verir ki, prezident Volodimir Zelenski Ukraynanın 2026-cı ildə silah almaq üçün PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15 milyard dollara ehtiyacı olduğunu açıqlayıb.
"PURL proqramına 15 milyard dollar lazımdır. Bu il 1,5 milyard dollar çatışmırdı, lakin Niderland bu gün 700 milyon dollar ayırıb. İndi isə 800 milyon dollar çatışmır", - Zelenski qeyd edib.