BAAU-da dayanıqlı inkişafa dair Respublika Elmi Konfransı keçirilib

20:22 - 8 Dekabr 2025 - Xəbər

Bakı Avrasiya Universitetində (BAAU) “Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə BAAU-nun Elmi işlər üzrə prorektoru, Prof. Gülzar İbrahimova açaraq onun elmi və praktik əhəmiyyətindən bəhs edərək, dayanıqlı inkişafın milli prioritetləri və onun cəmiyyət üçün yaratdığı imkanlara diqqət çəkib.

Konfransın iştirakçıları sırasında BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Dos. Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı Dos. Mütəllim Rəhimov, Sosial və siyasi fənlər kafedrasının müdiri Dos. Aybəniz Rüstəmova, İqtisadiyyat kafedrasının müdiri Dos. Nağıyeva Vüsalə və digər müəllimlər – tələbələr, həmçinin fərqli universitet və elmi-tədqiqat instutlarından qatılıb.

Konfrans “Rəqəmsal iqtisadiyyat və inkişaf, “Qarabağın innovativ sosial-iqtisadi quruculuğu“, “Yeni dünya düzəni: ziddiyyətlərin və onların həlli perspektivləri“, “Biznes mühiti: problem və perspektivlər“ və “Dayanıqlı inkişaf və sosial ədalətin humanitar aspektləri“ adlı 5 bölmə üzrə öz işinə davam edib.

Fərqli təşkilatlardan qatılmış qonaq iştirakçılar sırasına daxil olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Sosial Tədqiqtalar Mərkəzinin Media Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli, UNEC-in nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin Tədris hissə müdiri İlham Abbasov və Elektron İmza Mərkəzinin rəhbəri Həbib Abbasov konfransda qeyd olunan mövzular ətrafında elmi çıxışlar ediblər və müzakirələr aparıblar.

Xəbər xətti