SAMP-T hava hücumundan müdafiə sisteminin komponentləri Ukraynaya yeni, 12-ci İtaliya hərbi yardım paketinə daxil ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Il Fatto quotidiano" qəzeti məlumat verib və qeyd edir ki, məzmun siyahısı məxfidir və yalnız 2 dekabrda xüsusi parlament komitəsinə - "Copasir"ə təqdim olunacaq.
Bundan əlavə, İtaliya Müdafiə Nazirliyi tezliklə hibrid təhdidlərə qarşı mübarizə ilə bağlı parlamentə sənəd təqdim etməyə hazırlaşır. Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə, digər məsələlərlə yanaşı, Ukraynadan PUA almaq təklifi də var.