Tovuzda yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.