Husilər BMT-nin 11 əməkdaşını həbs edib

00:04 - 1 Sentyabr 2025 - DÜNYA

“Ənsar Allah” (husilər) üsyançı hərəkatının nümayəndələri Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq məlumat verib.

Hans Qrundberq bildirib ki, ən azı 11 əməkdaş saxlanılıb. Onlardan əlavə, BMT-nin daha 23 əməkdaşı həbsdə saxlanılır, onlardan bəziləri 2021 və 2023-cü ildən həbsdədir. Bu ilin əvvəlində bir nəfər həbsdə ölüb.

Xüsusi nümayəndə husilərdən “bütün BMT əməkdaşlarını, həmçinin yerli və beynəlxalq QHT-lərin, vətəndaş cəmiyyəti təşkilatlarının və diplomatik missiyaların əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etmələrini” tələb edib.

Xəbər xətti