Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 1-də ölkə hökumətinin rəsmi nümayəndəsi məlumat verib.
Qeyd olunur ki, Əfqanıstanın şərqində bazar günü axşam saatlarında baş verən zəlzələ və sonrakı yeraltı təkanlar nəticəsində 800-dən çox insan həlak olub.
2,8 mindən çox insanın xəsarət aldığı bildirilir. Xilasetmə əməliyyatlarında iştirak etmək üçün helikopterlər göndərilib.
. ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmik hadisədən sonra ölkənin eyni bölgəsində 4,3-5,2 bal gücündə beş afterşok baş verib.