Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda ağır qəza - Bir ailənin 4 üzvü ...

10:08 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Tovuzda yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası