Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) tənqid etməsindən sonra Aİ-nin ABŞ-nin rəqəmsal sektoruna qarşı əks tədbirlər görməyi düşünməli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa rəhbəri avqustun 27-də Nazirlər Kabinetinin iclasında qeyd edib ki, Avropa ABŞ-ın “rəqəmsal sektoru ilə tanışlıq imkanlarını istisna etməməlidir”.
Adı açıqlanmayan bir fransız rəsminin sözlərinə görə, Makron Aİ-nin xidmət sektorunda "ABŞ ilə böyük ticarət kəsiri" olduğunu və cəmiyyətin "buna diqqət yetirməsi lazım olduğunu" vurğulayıb.
Fransa prezidentinin avqustun 28-də Almaniya kansleri Fridrix Merzlə görüşündə bu məsələni qaldıracağı gözlənilir.