Kəlbəcərdə 3 tondan çox çətənə kolu yandırıldı

10:48 - 15 İyul 2025 - ÖLKƏ İÇİ

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.

Ucnoqta.az xəbər verir ki, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Xəbər xətti