Bu yollarda tıxac var - Siyahı

08:15 - 7 İyul 2025 - AVTO

Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti