Bu ölkə milli gerbini dəyişdirir

00:07 - 4 İyul 2025 - DÜNYA

Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirmək qərarına gəlib: indi onun üzərində qanadları açılmış qartal və başının üstündə üç ulduz var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-İxbariya telekanalı məlumat yayıb. Yeni dövlət rəmzi Dəməşqdə keçirilən mərasimdə təqdim olunub.

Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraanın çıxışına görə, dəyişdirilmiş qartal “Suriya xalqının öz tarixində yeni mərhələyə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan gücü və qətiyyəti təcəssüm etdirir”.

Bu günə qədər Suriyanın gerbində sinəsində qalxan olan, üzərində iki ulduz olan bir qartal təsvir edilmişdir. Quş caynaqlarında üzərində “Suriya Ərəb Respublikası” yazısı olan lent tutmuşdu.

Xəbər xətti