Papua Yeni Qvineyada 5,3 bal gücündə zəlzələ baş verib

07:55 - 23 İyun 2025 - DÜNYA

Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 48 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti