9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ: Qeydiyyat başlayır

10:27 - 21 İyun 2025 - Cəmiyyət

23 iyun – 3 iyul tarixlərində “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmaq üçün ikinci qeydiyyat mərhələsi başlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, daha əvvəl qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməmiş və ya iştirak edib təmayül siniflərə qəbul ola bilməmiş şagirdlərin yenidən qeydiyyatı nəzərdə tutulmur.

Onlar şəxsi platformalarına daxil olaraq təkrar imtahanda iştirak edə bilərlər.

İmtahanda ilk dəfə iştirak etmək istəyən şagirdlər isə mütləq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linki: //digitalskills.edu.az

Xəbər xətti