Qazaxsa silah-sursat ələ keçirildi

19:58 - 14 İyun 2025 - ÖLKƏ İÇİ

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini İlham Əsgərov saxlanılıb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalarla şəxsin rayon ərazisindəki meşəlik ərazidə odlu silah gizlətməsi məlum olub. Əraziyə baxış zamanı oradan bir ədəd "AKMS" markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 15 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Coşqun Məmliyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı araşdırma davam etdirilir.

Xəbər xətti