Almaniyada avtomobil bir qrup məktəblinin üzərinə sürüb

16:02 - 4 İyun 2025 - Xəbər

Almaniyanın Köln yaxınlığındakı Hürt şəhərində (Şimali Reyn-Vestfaliya) avtomobil bir qrup məktəblinin üzərinə sürüb.

Ucnoqta.az xəbər verir ki, Bild qəzetinin yerli polis nümayəndəsinə istinadən verdiyi məlumata görə, iki uşaq yaralanıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin qəsdən törədildiyinə dair heç bir sübut yoxdur.

Xəbər xətti