"Həyat özü bir möcüzədir. Onun hər anı dəyərlidir. Sakitliklə, dürüstlüklə yaşamaq ən böyük sərvətdir".
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə sosial şəbəkədəki paylaşımında yazıb.
İzləyicilərinə məsləhət verən sənətçi "Heç kimdən heç nə almadan, öz yolunla, vicdanla yaşamaq insana həqiqi xoşbəxtlik gətirir. Gözəl insan olmaq var-dövlət sahibi olmaqdan daha önəmlidir. Çünki əsl dəyər insanın qəlbindədir: mərhəmətdə, sadəlikdə, səmimiyyətdə. Yaşayaq elə ki, arxamızca işıq qalsın, iz qalsın, dua qalsın" sözlərini əlavə edib.