Azərbaycanlı müğənni Aytac Vidadiqızına ev hədiyyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat müğənninin qonaq olduğu efirdə paylaşılıb.
Canlı efirdə Aytaca mənzilin açarı və çıxarışı təqdim edilib.
Qeyd olunub ki, bu ev onun anasının yaşadığı ev olub və hazırda Aytacın adına keçirilib.