Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.
Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, ötən gün axşam saatlarında Masallı rayonunun Məmmədoba -Tuado yolunun kənarı ilə axan Çaykəş çayından bir kisə kitab tapılıb.
Kisə Masallı sakini Rauf Cəbiyev tərəfindən çaydan çıxarılıb. Yerli sakinlərin verdiyi məlumata görə, çaydan daha bir neçə eynitipli kisə keçib, lakin onları çıxarmaq mümkün olmayıb.
Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma samanı yerli din xadimləri kitabların dini ədəbiyyat olması və ən azı XIX əsrdə nəşr edilməsi qənaətinə gəliblər.
9 ədəd kitab şikəstə xəttiylə yazılıb.