Polis moped və “Vaz 2107 oğurlayan şəxsləri saxlayıb

12:23 - 16 Aprel 2025 - HADİSƏ

Polis moped və “Vaz 2107” qaçıran şəxsləri saxlayıb

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Səbail rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 1500 manat dəyərində moped qaçıran, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı A.Teplyakov saxlanılıb.

Abşeron rayonunda isə bir nəfərə məxsus “VAZ-21074” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Ramazanov saxlanılıb və qaçırdığı avtomobil sahibinə təhvil verilib.

Araşdırmalar aparılır.

Xəbər xətti