İsrail hərbçiləri Qəzza şəhərinin Əş-Şücayya rayonunda radikal Fələstinin HƏMAS hərəkatının hərbi qanadının yerli batalyonunun komandirini öldürüblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Məhəmməd əl-Ajlah Qəzzada gedən döyüşlər zamanı öz batalyonunu silahla təmin etməyə cavabdeh olub.
Qeyd olunur ki, Əl-Ajlah Əl-Şücayyadakı Həmas batalyonunun müharibənin əvvəlindən məhv edilən beşinci, Qəzzada əməliyyatların bərpasından sonra isə üçüncü komandirdir.